525.Az

Oğuzda üzərində qayaüstü təsvirlər, yazılar olan qədim daş tapıldı


 

Oğuzda üzərində qayaüstü təsvirlər, yazılar olan qədim daş tapıldı<b style="color:red"></b>

Oğuzun Xal-Xal kənd sakini Firuz Abbasov həyətində alma ağacı əkmək üçün qazdığı quyudan üzərində qədim yazı və işarələr olan daş aşkarlayıb.

"Report"xəbər verir ki, 1 metr dərinlikdə tapılan daşın çəkisi təqribən 500 kiloqrama yaxındır. Daşın üzərində qayaüstü təsvirlər, yazılar var. Daşda gəmi, ev, ağac, ox təsvir olunub.

Qədim daşla bağlı Oğuz Rayon İcra Hakimiyyətinin Xal-Xal kənd nümayəndəliyinə və aidiyyatı qurumlara məlumat verilib.

 





22.04.2016    çap et  çap et