525.Az

Həmməruzəçilər Azərbaycana səfər edəcəklər


 

Həmməruzəçilər Azərbaycana səfər edəcəklər<b style="color:red"></b> AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər.
 
Bu barədə APA-nın Avropa bürosuna açıqlamasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.
 
Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır:
 
“Azərbaycanda bir seçki dairəsi üzrə seçkilər iyunun 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik”.
 





22.04.2016    çap et  çap et