525.Az

“Azərbaycan” jurnalının aprel sayı


 

“Azərbaycan” jurnalının aprel sayı<b style="color:red"></b>

Bu günlərdə “Azərbaycan” jurnalının aprel sayı işıq üzü görüb.

“Nəsr” rubrikasında Xalq yazıçısı Anarın “Parisdə höcət” kinopovesti, Məmməd Orucun “Qara güzgü” romanından parça və Əlövsət Bəşirlinin “Tərif” hekayəsi verilib. “Poeziya”da Gülnarə Cəmaləddin, Qədiməli Əhməd, Nazir Rüstəm, İntiqam Mehdizadə, Bilal Alarlı, Mina Rəşid və Elnur Mehdiyevin şeirləri yer alıb. “Tərcümə”də Mehman Musabəylinin çevirdiyi Q.Q.Markesin “İtmiş çağların dənizi” hekayəsi təqdim olunub.

“Şairin arxivindən” rubrikasında Südabə Ağabalayeva Adil Mirseyidin yaradıcılığından söz açır və yazını şairin şeirlərindən nümunələr izləyir.

“Dəyirmi masa”da budəfəki ədəbi müzakirə AMEA Nizami adına Ədəbiyyat İnstitutu və “Azərbaycan” jurnalının iştirakı ilə keçirilib.

“Publisistika”da Valeh Bahaduroğlu “Yurdun varsa” məqaləsi ilə çıxış edib.

Qəşəm Nəcəfzadə “Haqqımda film çəksələr” essesində “Xatirələr”indən yazıb.

“Tənqid və ədəbiyyatşünaslıq”da Gülşən Əliyeva- Kəngərli “Tarixi həqiqət və poetik vüsət” məqaləsi ilə Hüseyn Cavid yaradıcılığına işıq tutur. Təyyar Salamoğlu isə “Qarlı aşırım - sarsıntıdan doğan işıq” adlı məqaləsində Fərman Kərimzadənin romanından danışır.

“Türk dünyamız” rubrikasında Adil Cəmilin “Qırğız atalar sözləri və məsəlləri” yazısı yer alıb.

Müşfiq ŞÜKÜRLÜ

 





23.04.2016    çap et  çap et