525.Az

Nigar Rəfibəylinin şeirləri ingilis dilində


 

Nigar Rəfibəylinin şeirləri ingilis dilində<b style="color:red"></b>

Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən biri, Xalq şairi Nigar Rəfibəylinin şeirləri ingilis dilində nəşr olunacaq.

Bu barədə AZƏRTAC-a kitabın tərcüməçisi, tərtibçisi və “Ön söz”ün müəllifi, tanınmış yazıçı Kamran Nəzirli məlumat verib. “Artıq son redaktə işləri gedir və düşünürəm ki, bu ilin sentyabr ayına kimi kitab işıq üzü görəcək”, - deyə tərcüməçi bildirib.

Tərcüməçi qeyd edib ki, “Müasir Azərbaycan poeziyası” seriyası ilə ingilis dilində buraxılacaq növbəti kitab müasir qadın şairlərimiz arasında ən layiqli nümayəndəsi Nigar Rəfibəyliyə məxsusdur. Nigar xanımın həyat və yaradıcılığı bir örnəkdir, onun kitabına daxil edilən sevgiyə, təbiət mənzərələrinə, mənəvi zənginliyə, sülh və azadlıq ideyalarına, vətənə həsr edilən şeirləri ibrətamizdir, müasir şeir texnikası və fəlsəfəsi baxımından çox önəmlidir.

K.Nəzirli ingilisdilli oxucunun kitabı maraqla qarşılayacağına ümid etdiyini bildirib.

 





23.04.2016    çap et  çap et