525.Az

İlk "Sahibkarlar Günü"


 

İlk "Sahibkarlar Günü" <b style="color:red"></b>

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-də Azərbaycanda ilk dəfə "Sahibkarlar Günü" qeyd edilir.

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilir. Konfransda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin ölkəmizdəki ticarət palatalarının, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak edir.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkədə sahibkarlığın inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Nazır bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial- iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymətdir.

Digər çıxış edənlər də bu əlamətdar günün təsis edilməsinin sahibkarlığın inkişafına diqqətin göstəricisi olduğunu vurğulayıblar.

AzərTAc

 





25.04.2016    çap et  çap et