525.Az

FİNCA-nın prezidenti Azərbaycandadır


 

FİNCA-nın prezidenti Azərbaycandadır<b style="color:red"></b> FINCA qlobal mikromaliyyə şəbəkəsinin prezidenti Rupert Skofild 25-27 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

"FINCA Azerbaijan"dan “APA-Economics”ə verilən xəbərə görə, səfər müddətində R. Skofild “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatının baş ofisi və bir neçə filialını ziyarət edəcək.
 
Onun həmçinin, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq və regional maliyyə qurumlarında işgüzar görüşlər keçirməsi də planlaşdırılır.
 
“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə
təşkilatıdır və FINCA qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir.

Aparıcı və sosial baxımdan məsuliyyətli investisiya tərəfdaşları ilə birlikdə FINCA maliyyə davamlılığına və sosial yönümlü icraya ikiqat fokuslanmaqla, 23 ölkədə təqribən 2 mln. az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təsisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir.
 
Təşkilat barədə əlavə məlumatı www.finca.az və ya www.finca.org saytları vasitəsilə əldə etmək olar.
 





25.04.2016    çap et  çap et