525.Az

Külli miqdarda siqaret müsadirə edildi


 

Külli miqdarda siqaret müsadirə edildi<b style="color:red"></b> Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşından Belarusun aksiz markası ilə markalanan 26600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 





25.04.2016    çap et  çap et