525.Az

Sahibkarlardan prezidentə müraciət


 

Sahibkarlardan prezidentə müraciət <b style="color:red"></b>

Bu gün Bakıda "Sahibkarlar günü"nə həsr olunmuş konfransda Azərbaycan prezidentinə müraciət qəbul edilib.
 
"APA-Economics" xəbər verir ki, mraciətdə deyilir: "Məhz 2002-ci ilin aprel ayının 25-də ümummilli liderin iş adamları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq qəbul edilmiş Dövlət Proqramı, imzalanmış bir sıra mühüm fərmanlar və qəbul edilmiş qərarlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir.
 
Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir. Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Xüsusilə son dövrlərdə sizin təşəbbüsünüzlə yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların və icazələrin sayının minimuma endirilməsi, onların verilməsi prosedurlarının asanlaşdırılması və şəffaflaşdırılması, investisiyaların və ixracın təşviqi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsi və digər mühüm qərarlar sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
 
Bu siyasətin davamı olaraq, 21 aprel 2016-cı il tarixli Sərəncamınızla hər il aprelin 25-i tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi barədə qərarınız  sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla bərabər, sahibkarların cəmiyyətdəki nüfuzunu daha da artıracaqdır.
 
Möhtərəm cənab Prezident!
 
Biz, "Sahibkarlar günü"nə həsr olunmuş konfransda iştirak edən sahibkarlar sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaratdığınız əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın daha da qudrətlənməsi və çiçəklənməsi üçün səfərbər edəcəyik".

 





25.04.2016    çap et  çap et