525.Az

"İsraillə danışıqların son mərhələsindəyik"


 

"İsraillə danışıqların son mərhələsindəyik"<b style="color:red"></b>

"İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın aprelin 25-də keçirdiyi həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: "Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik".

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarixdən iki ölkə arasında münasibətlər pozulub.

 





25.04.2016    çap et  çap et