525.Az

Forum gənclərin səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətə malikdir


 

Forum gənclərin səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətə malikdir<b style="color:red"></b>

Bu gün Bakı beynəlxalq səviyyəli Foruma ev sahibliyi edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. Biz bu Forumda çox ciddi və önəmli məsələləri müzakirə edəcəyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Efiopiyanın Türkiyədə və Azərbaycanda səfiri Ayalev Gobezie Vorkneh bildirib.

Efiopiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına toxunan səfir qeyd edib ki, Forum hər iki ölkənin gənclərini maraqlandıran məsələlərin müzakirəsinə əhəmiyyətli zəmin yaradacaq. Həmçinin səfir Forumda gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələr baxımından da çox önəmli məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

“Düşünürəm ki, bu Forumda gənclər elm, təhsil, mədəniyyət və digər sahələrdə mövzuların müzakirəsinə cəlb olunaraq, dünyadakı mövcud problemlərin həlli istiqamətində özlərinin əsaslandırılmış fikirlərini ortaya qoya biləcəklər. Bu Forum həm də gənclərin səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyətə malikdir",- deyə səfir vurğulayıb.

 





25.04.2016    çap et  çap et