525.Az

Maliyyə Bazarlarına Nəzarət Palatasının departamentinə rəhbər təyinatı


 

Maliyyə Bazarlarına Nəzarət Palatasının departamentinə rəhbər təyinatı<b style="color:red"></b>

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Palatanın Sığorta nəzarəti departamenti, Sığorta vasitəçilərinə nəzarət qrupuna rəhbər təyin edilib. Bu vəzifə Aqşin Əlizadə həvalə olunub.
 
Qeyd edək ki, A. Əlizadə buna qədər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində çalışıb.
 
Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.

 





25.04.2016    çap et  çap et