525.Az

İrəvanda avtobusda partlayışa səbəb partladıcı qurğu olub


 

İrəvanda avtobusda partlayışa səbəb partladıcı qurğu olub<b style="color:red"></b> İrəvanda sərnişin avtobusunda  partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib.

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.
 
“Partlayış qəlpəli yox, dalğalı olub”, - deyə o əlavə edib.
 
Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.
 
 Qeyd edək ki, son məlumata görə, insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
 





26.04.2016    çap et  çap et