525.Az

Ohanyanın müavini, nazirliyin kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarılıb


 

Ohanyanın müavini, nazirliyin kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarılıb<b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyində bir sıra kadr dəyişiklikləri həyata keçirib.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.
 
S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan vəzifədən çıxarılıb.
 
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.  
 
Adı çəkilənlərin yerinə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.
 





26.04.2016    çap et  çap et