525.Az

“Qlobal Forumun ölkəmizdə keçirilməsi mühüm hadisədir”


 

“Qlobal Forumun ölkəmizdə keçirilməsi mühüm hadisədir”<b style="color:red"></b>

“Bakıda keçirilən BMT Sivilizasiyalar Alaynsının 7-ci Qlobal Forumu çərçivəsində gənclərə öz fikirlərini ifadə etmək üçün platforma verilməsini yüksək qiymətləndirirəm”.

Bu sözləri mötəbər tədbir çərçivəsində təşkil olunan Gənclər Forumu ilə bağlı “525”ə fikirlərini bildirən Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes-İnkubarotunun direktoru Mircavid Həsənov deyib.

O qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasi dövlətimizin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir:

“Azərbaycan dövləti Azərbaycan gəncliyinə böyük ümidlərlə yanaşır. Dövlətimiz gənclərin ölkədə və dünyada gedən proseslərə aktiv qoşulması, öz mövqeyini bildirməsi, müxtəlif problemlərin həllinə dəstək ola bilməsi üçün hərtərəfli şərait yaradır. Bunun bariz sübutudur ki, dünən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan gənclərin tədbirində ölkə gənclərinə öz fikirlərini ifadə etmək üçün böyük bir meydan verildi”.

M.Həsənov bildirib ki, Qlobal Forumun ölkəmizdə keçirilməsi mühüm hadisədir:

“Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, regionda və dünyada gedən proseslərdə oynadığı aktiv rolun göstəricisidir. Bu cür mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Son beş il ərzində Azərbaycan “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, eləcə də müxtəlif qlobal sammit, forum və konfranslara yüksək səviyyədə ev sahibliyi etməklə dünyada özündən söz açdıra bilib.
 
Bunun nəticəsindir ki, bu il ölkəmiz artıq bir neçə qlobal foruma ev sahibliyi edib və qarşıdakı aylarda “Formula 1” yarışı, Şahmat Olimpiyadası, gələn il isə İslam Həmrəylik Oyunları kimi bir-birindən maraqlı və mötəbər tədbirlər Bakıda keçiriləcək.
 
Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan həyata keçirdiyi beynəlxalq layihələrlə özünün etibarlı tərəfdaş imicini formalaşdırdığı kimi, böyük miqyaslı tədbirlərə qısa müddət ərzində hazırlaşmağın mümkün olduğunu öz əməli fəaliyyəti ilə sübut etməklə dünya birliyinin ona bəslənən ümidlərini doğruldub və bu, etimadı daha da möhkəmləndirib”.

Ceyhun ABASOV

 





26.04.2016    çap et  çap et