525.Az

“Azərbaycan demokratik dəyərlərə söykənən cəmiyyət modelinə sahibdir”


 

“Azərbaycan demokratik dəyərlərə söykənən cəmiyyət modelinə sahibdir”<b style="color:red"></b>

“BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisi və Azərbaycan reallığının hansı səviyyədə qəbul edildiyinin bariz nümunəsidir”.

Bu sözləri mötəbər tədbir çərçivəsində təşkil olunan Gənclər Forumu ilə bağlı “525”ə fikirlərini bildirən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov deyib.

Onun sözlərinə görə, bu formatda gənclərlə bağlı tədbirin keçirilməsi çox önəmlidir:

“Çünki Azərbaycan hər zaman gənclərə xüsusi diqqət və qayğının olduğu bir ölkə kimi tanınıb. Bu tədbir də bunu bir daha sübutudur. Belə tədbirlər həm ölkəmizdə gedən gənclər siyasətinin hərtərəfli dəstəklənməsi, həm gənclər təşkilatlarının rəhbərlərinin, həm də digər aktiv gənclərin xarici ölkələrdən olan gənclərlə ünsiyyət və təcrübə mübadilələrinin qurulması baxımından müstəsna əhəmiyyətə malikdir”.

E.Aslanov hesab edir ki, gənclərlə bağlı bu tədbir də ölkəmizə gələn qonaqlara Azərbaycanın böyük bir gənclər siyasətinin olduğunu göstərəcək:

“O ki qaldı, gənclərə öz fikirlərini ifadə etmək üçün belə bir şəraitin yaradılmasına, məncə ölkəmizdə bunun üçün kifayət qədər şərait və platformalar var ki, gənclər öz fikirlərini sərbəst ifadə edə bilsinlər. Bu tədbir də müsbət mənada bir nümunədir. Azərbaycan demokratik dəyərlərə söykənən cəmiyyət modelinə sahibdir.
Gənclər də cəmiyyətdə əsas rol oynayan bir qüvvə kimi, belə tədbirlərdə və digər yerlərdə öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər”.

Ceyhun ABASOV

 





26.04.2016    çap et  çap et