525.Az

Sumqayıtda bədii qiraət müsabiqəsi keçirilib


 

MÜSABİQƏ XALQ ŞAİRİ FİKRƏT QOCANIN POEZİYASINA HƏSR OLUNUB

Sumqayıtda bədii qiraət müsabiqəsi keçirilib<b style="color:red"></b>

Sumqayıt şəhərindəki S.Vurğun adına mərkəzi kitabxanada Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib.

Tədbir Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin, AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə reallaşıb.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan iştirakçılara Fikrət Qocanın yaradıcılığı və müsabiqənin qaydaları haqqında məlumat verib. Sonra fəal oxucular şairin müxtəlif illərdə vətənpərvərlik ruhunda yazdığı şeirləri səsləndiriblər.

Xalq şairinin özünün də daxil olduğu münsiflər heyəti qalibləri müəyyənləşdirib. Birinci yerə layiq görülən Elçin Əliyev və Əli Həsənov fəxri fərman, kitab və disklə mükafatlandırılıb. Digər qaliblərə şairin kitabları və fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, qaliblər S.Vurğun adına mərkəzi kitabxananın, mərkəzi uşaq kitabxanasının, gənclər kitabxanasının, 14 və 17 saylı kitabxana filiallarının oxucularıdır.

Tədbirin sonunda Xalq şairi Fikrət Qoca yaradıcılığı barədə söhbət açıb, oxucuların suallarını cavablandırıb.

 





26.04.2016    çap et  çap et