525.Az

“Terrorçuluğun, ekstremizmin bir səbəbi də işğalçılıqdır”


 

“Terrorçuluğun, ekstremizmin bir səbəbi də işğalçılıqdır”<b style="color:red"></b> “İran 2013-cü ildə isə zorakı ekstremizmə qarşı mübarizə təşəbbüsü ilə çıxış edib”.
 
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında İran İslam Respublikasının vitse-prezidenti Masoud Soltanifar deyib.

İranın vitse-prezidenti bildirib ki, qarşıya qoyulan məqsədlər dərindən qavranılmalıdır:
 
“İran iki ideyanın müəllifdir. 2008-ci ildə İran BMT-də sivilizasiyalararası dialoq təşəbbüsünü irəli sürüb və bu, BMT Baş Assambleyasında qəbul edilib. Mədəni əlaqələr, tələbə mübadiləsi, elm əlaqələr insanlar arasında əlaqələrin təşviq edilməsində mühüm rol oynayır. Zorakı ekstremizmlə bağlı təşəbbüsə gəlincə, Afrika və Orta Şərqdə bu kimi hallar var. Brüsseldə baş verən terror göstərdi ki, terrorçuluq sərhəd tanımır, heç bir fərq qoymur. Zorakılığın qurbanı insanlar olur. Zorakı ekstremizmin nəticəsi sırf qeyri-sabitliklə yekunlaşmır, iqtisadi, sosial inkişafa əngəllər yaradır.

Terrorçuluğun, ekstremizmin səbəbi işğalçılıq, dövlətlərin siyasi maraqlarına görə ekstremizmə dəstək verməsi və digər belə hallarla bağlıdır. Zorakı ekstremizmə qarşı mübarizədən danışırıqsa, bu, BMT-nin məramnaməsinə uyğundur. BMT 2013-cü ildə zorakı ekstremizmlə bağlı qətnamələr qəbul edib. BMT baş katibi də  bu yöndə dəyərli töhfələr verib. Yəni zorakı ekstremizmin aradan qaldırılması üçün üzv dövlətlərdən böyük dəstəyi tələb edilir”.
 





26.04.2016    çap et  çap et