525.Az

Ohanyan Moskvadadır


 

Ohanyan Moskvadadır<b style="color:red"></b>

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfransda iştirak etmək adı ilə bu gün Moskvaya səfər edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni nazir arasında təkbətək görüşün keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, aprelin 27-28-də keçiriləcək bu konfransı RusiyanınMüdafiə Nazirliyi təşkil edib. Terrorçuluğa qarşı mübarizə konfransın başlıca mövzusudur. Forumda Asiya-Sakit okean bölgəsində təhlükəsizlik, Avropada müharibə və sülh problemləri, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

 





27.04.2016    çap et  çap et