525.Az

Sarkisyan: “Dağlıq Qarabağdakı hava limanı mütləq istismara veriləcək”


 

Sarkisyan: “Dağlıq Qarabağdakı hava limanı mütləq istismara veriləcək”<b style="color:red"></b>

Ermənistan prezidenti: “Azərbaycan Qarabağın sahibi deyil”

Ermənistan prezidenti, hazırda prezidentliyə namizəd olan Serj Sarkisyan İrəvan-Xankəndi aviareysinin ilk sərnişinlərindən biri olmağa hazır olduğunu bir daha bəyan edib. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan paytaxtın Açapnyak rayonunda seçicilərlə görüşündə Dağlıq Qarabağda hava limanının mütləq istismara veriləcəyini bildirib: “Buna heç bir şübhə yoxdur. Təyyarələrin hərbi yük aparacağı haqda arqumentlər nağıldır, çünki bunun üçün çoxlu başqa imkanlar var”.
 
S. Sarkisyanın sözlərinə görə, Azərbaycan hədə-qorxu gəlməklə Qarabağın sahibi olduğunu göstərmək istəyir: “Lakin onlar Qarabağın sahibi olmadıqlarından, hava limanı istismara veriləcək. Problem yalnız texniki məsələlərlə bağlıdır. Təyyarə tezliklə uçacaq”.

 





13.02.2013    çap et  çap et