525.Az

Ermənistanda təhsillə əlaqədar orduya çağırış möhləti ləğv edilir


 

Ermənistanda təhsillə əlaqədar orduya çağırış möhləti ləğv edilir<b style="color:red"></b> Ermənistan hökuməti ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumət aparatının rəhbəri David Arutünyan bildirib.
 
“18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək”, deyə D.Arutünyan parlamentdə çıxış edərkən deyib.
 
Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq.
 





28.04.2016    çap et  çap et