525.Az

"Çiçəklənən Ermənistan"ın deputatı partiyanın 100 milyon dollarını götürərək qaçıb


 

"Çiçəklənən Ermənistan"ın deputatı partiyanın 100 milyon dollarını götürərək qaçıb<b style="color:red"></b> Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının deputatı Abraham Manukyan partiyaya məxsus 100 milyon dollar pulu götürərək ölkədən qaçıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb. Bildirilir ki, parlamentdəki köməkçisi də deputatın hazırda ölkədə olmadığını təsdiqləyib.
 
Həmin pullar partiyanın regional strukturlarının koordinasiyası üçün nəzərdə tutulubmuş. A.Manukyan daha əvvəl bu koordinasiyaya rəhbərlik edib.

Bir müddət əvvəl A.Manukyanın partiya daxilində bəzi şəxslərlə münaqişəsi yaranıb. Nəticədə bəzi üzvlər partiyanı tərk ediblər. Onun partiya rəhbərliyində dəyişikliyin olmasını istədiyi bildirilir.
 





29.04.2016    çap et  çap et