525.Az

Fazil Mustafa: "Tələbələr illərlə gedib xaricdə qalır və..."


 

Fazil Mustafa: "Tələbələr illərlə gedib xaricdə qalır və..."<b style="color:red"></b>

Millət vəkili Fazil Mustafa Milli Məclisin (MM) aprelin 29-da keçirilən növbəti plenar iclasında bəzi valideynlərin öz övladlarını qanunsuz yolla hərbi xidmətdən yayındırmaqda ittiham edib.

O, çıxışında deyib ki, bu tələbələr illərlə gedib xaricdə qalırlar və beləliklə də hərbi xidmətdən yayınırlar:

“Mən bu yaxınlarda Türkiyədə oxuyan tələbələrlə bağlı araşdırma apardım. Məlum oldu ki, gənclərin çoxu elə birinci kursda da qalıblar. Həmin universitetlər üçün bu problem deyil. Çünki pulları ödənilir. Belə olan halda, biz ölkədə universitetə daxil olmaq qaydalarını asanlaşdırmalıyıq ki, tələbələrin çoxu təhsil almaq üçün xaricə getməsin”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, son günlər cəbhə xəttində baş verən hadisələrə görə nə qədər xaricdə oxuyan tələbə orduda xidmət etmək üçün müraciət edib: “ İndi bilmirəm sizdə bu məlumat hardandır, amma yaxşı nümunələri də demək lazımdır”.

Kamil HƏMZƏOĞLU

 





30.04.2016    çap et  çap et