525.Az

Həftənin ilk iş günü necə olacaq?


 

Həftənin ilk iş günü necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, hava axşam dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13 , gündüz 15-19 , Bakıda gecə 11-13, gündüz 17-19  dərəcə isti olacaq. Atmosfer təzyiqi 757  mm civə sütunu, nisbi rütubət 75-85  faiz təşkil edəcək.
 
Mayın 2-də Azərbaycanın rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var . Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15  dərəcə isti olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.
 





01.05.2016    çap et  çap et