525.Az

NATO Rusiya sərhədlərində hərbi təlimlərə başlayır


 

NATO Rusiya sərhədlərində hərbi təlimlərə başlayır<b style="color:red"></b> Bu gün Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun “Spring storm” təlimləri başlayır.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək.
 
Manevrlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək.  Təlimlərə həmçinin Polşadan Su-22 qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə F-15 qırıcıları, CH-47 Chinook hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən Bell V-22 Osprey konvertoplanları cəlb ediləcək.
 
Təlimlər mayın 19-dək davam edəcək.
 





02.05.2016    çap et  çap et