525.Az

Obamanın qızı Harvard Universitetində təhsil alacaq


 

Obamanın qızı Harvard Universitetində təhsil alacaq<b style="color:red"></b>

ABŞ prezidentinin böyük qızı Maliya Harvard Universitetində təhsil alacaq.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir:

"Prezident və xanımı Mişel bu gün qızları Maliyanın 2017-ci ilin payızında Massaşuets ştatındakı Kembric şəhərində fəaliyyət göstərən Harvard Universitetində təhsil almağa başlayacaqlarını bildiriblər"

Məlumata görə, 17 yaşlı Maliya orta məktəbi bu yaz bitirir.

Xatırladaq ki, dövlət başçısı bir müddət əvvəl prezidentlik müddətini bitirdikdən bir qədər sonra da Amerika paytaxtında yaşayacağını bildirmişdi.

"Biz Vaşinqtonda daha iki il qalmağa hazırlaşırıq ki, Saşa (prezidentin kiçik qızı) məktəbi bitirə bilsin" - deyə Barak Obama bildirmişdi. O, əlavə etmişdi ki, təhsil müddətinin yarısında köçmək çətin məsələdir.

 





02.05.2016    çap et  çap et