525.Az

Binə ticarət mərkəzində qanlı dava: ölən var


 

Binə ticarət mərkəzində qanlı dava:<b style="color:red"> ölən var</b> Bakı şəhərinin Qaradağ rayonu ərazisində qətl hadisəsi törədilib.
 
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binə ticarət mərkəzinin həyətində yerləşən “Dərya-Dəniz” kafesində dava-dalaş düşüb. Hadisə zamanı 1982-ci il təvəllüdlü Rəhimov Şaiq Əsgərxan oğlu bıçaqlanıb. O xəstəxanaya aparılarkən ölüb.
 
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Ş.Rəhimovu qətlə yetirən şəxs və ya şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
 





14.02.2013    çap et  çap et