525.Az

Türk dünyasının fəal qadınları bir arada - Fotoreportaj


 

Türk dünyasının fəal qadınları bir arada - <b style="color:red">Fotoreportaj</b>

Türkiyə Qadın Yönəticilər və Çalışmalar Dayanışma Dərnəyi (KAYÇAD) aprelin 27-28-də Ankarada bu ölkənin, həmçinin, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Bosnya-Hersoqovinya, Albaniya, Monteneqro, Kosova, Ukrayna, Moldovadan olan qadın iş adamlarının və jurnalistlərinin toplantısını keçirib.

Türk dünyasının öndə olan qadınlarının qatıldığı konfransda Türkiyə Respublikasının dövlət rəsmiləri, nazirləri, eləcə də Türkiyə Parlamentinin üzvləri iştirak ediblər. 

Konfransın açılışında Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təbrik məktubu oxunub.

Kütahya Millət vəkili Mustafa Şükrü Nazlı türk dünyasının bacarıqlı, işbilən qadınlarının bir araya toplanaraq, dünyanın qlobal problemlərinin həllində yaxından iştirakını yüksək qiymətləndirib. Bu gün bütün dünyada 1 milyarddan artıq qadının iş qura bilmək qabiliyyətində olduğunu vurğulayıb. Qeyd edib ki, hər bacarıqlı kişinin arxasında abir kişi dayandığı kimi, hər bacarıqlı qadının da arxasında bir kişinin dayanması bu gün dövrün vacib şərtlərindəndir. Türkiyə dövlətinin dünyadakı bütün qadınların sosial problemlərinin həllində yaxından kömək etdiyini, KAYÇAD-ın Orta Asiyada, Afrika və Balkanlarda qadınların məşğulluğu, onların təhsil alması üçün şərait yaratdığını bildirib.

Millət vəkili Radiyə Sezer qadınların kişilərlə əl-ələ verib, dünyamızın gözəlləşdirilməsi üçün çalışmalarının önəmindən danışıb. Ailə və Sosial Politikalar naziri Sema Ramazanoğlu rəhbərlik etdiyi qurumun Türkiyədə qadınların yaxın dostu olduğunu qeyd edib. Türkiyədə bütün qadın və qızların 12 illik təhsil sistemindən yararlanması üçün dövlətin gördüyü tədbirlərin çoxşaxəli olduğunu bildirib.

Konfransda iştirak edən digər Türkiyə millət vəkilləri, iş adamları və qonaqlar qadının cəmiyyətdəki rolundan, Avropada, Asiyada və dünyanın digər qitələrində qarşılaşdıqları problemlərdən söz açıblar.

Tədbirə qonaq qismində qatılan azərbaycanlı jurnalist Aida Eyvazlı bu gün Azərbaycanda qadınların rolu, onların məğuliyyəti, hüquqları barədə danışaraq, eyni zamanda, Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızda aparılan qanlı döyüşlərdən, eləcə də erməni separatistlərinin türk dünyasına bəslədikləri kin-küdurətdən bəhs edib. Bütün türk dünyasında şəhid ailələrinin qadın və qızlarının problemlərinə ciddi yanaşılmasının vacibliyini, onların həmişə diqqət mərkəzində saxlanılmasını vurğulayıb. O, Azərbaycanın son döyüşlər zamanı azad olunan, şəhid qanı tökülən bir ovuc Qarabağ torpağını nazir Sema Ramazanoğluya təqdim edib. Nazir bu torpağın onun üçün çox böyük dəyəri olduğunu, Qarabağda tökülən hər bir damla şəhid qanının Türkiyə üçün əzizliyini söyləyib.

KAYCAD-ın sədri Gül Topalın rəhbərliyi ilə keçirilən forumda dünyanın qlobal problemləri, qadın təşkilatlarının bu problemlərin həllinə necə yardımçı ola biləcəkləri haqda müzakirələr aparılıb. Qərara alınıb ki, KAYÇAD-ın növbəti toplantısı Bişkek şəhərində keçirilsin.

 





02.05.2016    çap et  çap et