525.Az

Dünyanın ən məşhur canlı şou icması İstanbulda konsert verəcək


 

Dünyanın ən məşhur canlı şou icması İstanbulda konsert verəcək<b style="color:red"></b>

Rəngli kostyumları və orijinal musiqi nömrələri ilə dünyanın ən məşhur canlı şou icması sayılan “Cirque du Soleil” İstanbulda konsert və şou proqramları ilə çıxış edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, oktyabrın 5-nə planlaşdırılan canlı performans “Hər hansı” (Varekai) aksiyası çərçivəsində baş tutacaq.

İstanbulun Ülkər İdman Arenasında keçiriləcək şou “Alchemy Project” tədbir və əyləncələr şirkətinin təşkilatçılığı ilə reallaşacaq.

Məlumat üçün bildirək ki, dünya şöhrətli qrup indiyədək 23 ölkə, 130 şəhərdə konsert verməklə 10 milyondan çox tamaşaçı auditoriyası qazanıb. Həmçinin, qrup ənənəvi olaraq bütün konsert və şou proqramlarında 19 ölkənin 50 nəfərlik rəqs və musiqiçi heyəti ilə çıxış edir.

Aksiyada 600-dək kostyumdan istifadə ediləcəyi gözlənilir.

Konsert proqramı oktyabrın 9-dək davam edəcək.

 





03.05.2016    çap et  çap et