525.Az

Əfqanıstanda Qəndəharın “kölgə qubernatoru” öldürülüb


 

Əfqanıstanda Qəndəharın “kölgə qubernatoru” öldürülüb<b style="color:red"></b> Əfqanıstan təhlükəsizlik qüvvələrinin Qəndəhar vilayətində həyata keçirdikləri əməliyyat nəticəsində 40-dan çox “Taliban” hərəkatının silahlısı məhv edilib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, onların arasında Qəndəharın “kölgə qubernatoru” Hacı Lalanın olduğu bildirilir.
 
Onunla birgə müavini, Əhməd Şah Həmətın da məhv edildiyi qeyd olunur. Əməliyyat zamanı xeyli sayda silah-sursat müsadirə edilib.
 
Qeyd edək ki, bir gün əvvəl Əfqanıstan müdafiə nazirliyi sutka ərzində ölkənin bir sıra əyalətində 80 silahlının məhv edildiyini, 17-nin isə yaralandığı barədə açıqlama verib.
 





03.05.2016    çap et  çap et