525.Az

Xəzər Universiteti ekstermizmə qarşı mübarizə proqramında


 

ALİ MƏKTƏBİN "İMAGİNE" KOMANDASI 10-12 YAŞ QRUPUNA AİD ŞAGİRDLƏRƏ TƏLİM KEÇİB

Xəzər Universiteti ekstermizmə qarşı mübarizə proqramında <b style="color:red"></b>

Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin maliyyə, biznesin təşkili və idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələrin "İmagine" komandası universitetin "Adventure Partners" (AVP) şirkətinin "Peer to Peer" (P2P) layihəsi əsasında həyata keçirilən ekstermizmə qarşı mübarizə proqramında iştirak edib.

Xəzər Universitetinin "İmagine" komandasının əsas məqsədi xüsusilə 10-12 yaşda olan uşaqları maarifləndirərək ekstermist təsirlərdən qorumaqdır.

Bu təlimlər Bakı şəhərinin bir neçə məktəbində, eləcə də Xəzər Universitetinin "Dünya"məktəbində keçirilib.100-dən çox şagird və müəllim heyətinin qatıldığı bu təlimlərdə komanda üzvləri ilk öncə valideyn və övladların qarşılıqlı münasibəti mövzusunda sorğu keçirib.

Daha sonra şagirdlər arasında ekstermizmin müxtəlif təzahürlərin qarşısının alınma yollarını öyrədən bir neçə interaktiv oyun təşkil edilib.

Qeyd edək ki, ekstermizmə qarşı mübarizə proqramı ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri bürosu tərəfindən maliyyələşdirilir.

P2P layihəsi bir semestr ərzində müsabiqə yolu ilə öz icmalarında ekstermizmə qarşı mübarizəyə dair innovativ və səmərəli sosial kompaniya yaratmaq üçün ABŞ və dünyanın 20-dən çox ölkəsinin müxtəlif universitetlərinin tələbə komandalarını bir araya gətirir.

Ceyhun ABASOV

 





03.05.2016    çap et  çap et