525.Az

Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başladı


 

Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başladı<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb.
 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bununla bağlı BBMM-in icraçı direktoru Azad Məmmədovla “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən İsrail filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BBMM-in İsrail filialı Arye Qutun rəhbərliyi ilə Azərbaycanın və İsrailin milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil edəcək.

Xatırladaq ki, hazırda BBMM-in Almaniya, Portuqaliya, İtaliya, Rusiya və Qazaxıstanda filialları fəaliyyət göstərir.

 





03.05.2016    çap et  çap et