525.Az

İki dövlət müəssisəsi ləğv olundu


 

İki dövlət müəssisəsi ləğv olundu<b style="color:red"></b> Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iki müəssisə ləğv olunub.
 
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Samux rayonu M. F. Axundov adına Taxıl toxumçuluq üzrə Dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC və "Samux rayonu R. Əliyev adına Tərəvəz-bostan və kartof toxumçuluğu üzrə Dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC hüquqi varisliyi onların bazasında yaradılan "Samux Kənd Təsərrüfatı istehsalı müəssisəsi" MMC-yə keçməklə ləğv olunduğunu elan edir.
 
Ləğv olunan cəmiyyətlərin kreditorları tələblərini iki ay ərzində Samux rayonu, Lək kəndi ünvanına bildirə bilərlər.
 





04.05.2016    çap et  çap et