525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1994-cü il. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalaması ilə qoyulub. Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avroatlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir.
 
Bu tərəfdaşlıqda əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, yarana bilən təhlükəsizlik təhdidləri və əsasən müdafiə sahəsinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir.

NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarına qoşulan Azərbaycan 1999-2008-ci illərdə Alyansın Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib. Ölkəmiz, həmçinin 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatlarında (ISAF) iştirak edir.

1896-cı il. İngiltərənin məşhur “Daily Mail” qəzetinin ilk nömrəsi çapdan çıxıb.

1929-cu il. Məşhur britaniyalı aktrisa Odri Hepbern anadan olub (1929-1993).

Odri Hepbernin həm İngiltərədə çəkildiyi (“Cənnətdə Gülüş”, “Robin Qudun qayıtması”, “Onlara hamı gülürdü”, “Lavener - Hilldən olan banda”, “Milyonu necə oğurlamalı”), həm də ABŞ-da rol aldığı filmlərdə (“Sabrina”, “Günortadan sonra məhəbbət”, “Tiffanidə səhər yeməyi”, “Şarada”, “Məzəli sima”, “Mənim gözəl xanımım”) filmlərdə məharətli ifası ilə milyonların sevgisini qazanıb.

O, kino ulduzu olmaqla yanaşı, həm də xeyirxah əməlləri ilə tanınırdı. Aktrisa xərçəng xəstəliyi ilə mübarizə apardığı vaxt ölümündən sonra bütün əmlakının auksionda satılaraq əldə olunan vəsaitin bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi ilə bağlı fonda keçirilməsini vəsiyyət etmişdi.

1959-cu il. Musiqi sahəsində ən nüfuzlu mükafatlardan olan “Qremmi”nin ilk təqdimatı olub.

1979-cu il. “Dəmir Ledi” ləqəbli Marqaret Tetçer Birləşmiş Krallığının ilk qadın Baş naziri seçilib (1925-2013).

Qızlıq adı Hilda Roberts olan M.Tetçer 1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində doğulub. Oksford Universitetinin məzunu olan M.Tetçer gənc yaşlarından fəal siyasətə qoşulub və 1959-cu ildə parlamentə üzv seçilib. 1975-ci ildə Mühafizəkarlar Partiyasına rəhbərlik etməyə başlayıb və 1979-cu il seçkilərində qələbə qazanaraq ölkəsinin ilk qadın Baş naziri olub.

O, 1979-1990-cı illərdə r Britaniya hökumətinə rəhbərlik edib. 2013-cü il aprelin 8-də vəfat edib. Hakimiyyəti dövründə qətiyyətli siyasət yürütməsi ilə əlaqədar “Dəmir Ledi” kimi tanınıb.

1928-ci il. Misirin dördüncü Prezidenti Hüsni Mübarək anadan olub.

İxtisasca hərbi təyyarəçi olan H.Mübarək 30 ildən artıq xidmət etdiyi Misir Silahlı Qüvvələrində leytenant rütbəsindən aviasiya marşalınadək yüksəlib.
 
1975-ci ildə vitse-prezident vəzifəsinə təyin olunan H.Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədatın öldürülməsindən sonra prezident kimi fəaliyyətə başlayıb.
 
O, 1987-ci, 1993-cü və 1999-cu illərdə Xalq Məclisində keçirilən seçkilərdə və 2005-ci ildə ümumxalq səsverməsində prezident seçilib.

2011-ci ildə başlayan “Ərəb baharı” inqilabı nəticəsində həmin il fevralın 11-də vəzifəsindən istefa verib.

Bundan bir müddət sonra həbs edilən H.Mübarək 2012-ci ilin iyununda ömürlük həbs cəzasına məhkum olunub.

 





04.05.2016    çap et  çap et