525.Az

Dövlət Statistika Komitəsində yeni aparat rəhbəri


 

Dövlət Statistika Komitəsində yeni aparat rəhbəri <b style="color:red"></b> Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.
 
“APA-Economics”in məlumatına görə, bu vəzifə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayevə həvalə olunub. O, aprelin 13-dən vəzifəsinin icrasına başlayıb.
 
Xatırladaq ki, bu təyinata qədər DSK-nın aparat rəhbəri Vahab Məmmədov olub. V.Məmmədov prezident İlham Əliyevin fevralın 17-də imzaladığı sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.
 





04.05.2016    çap et  çap et