525.Az

“Dolmanın bişirilmə ənənələrinin UNESCO siyahısına daxil edilməsi üçün fayllar hazırlanır”


 

“Dolmanın bişirilmə ənənələrinin UNESCO siyahısına daxil edilməsi üçün fayllar hazırlanır”<b style="color:red"></b> "Azərbaycan mədəniyyəti daşıyıcılarının  bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.
 
"Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb.

Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istəyib. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etdiblər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar təqdim ediblər", - deyə o vurğulayıb.
 
Nazir bildirib ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.
 





04.05.2016    çap et  çap et