525.Az

“Tatuirovkalı” yapon restoranı


 

“Tatuirovkalı” yapon restoranı<b style="color:red"></b>

Fransada yakudza–tatu stilində qəribə interyerə malik yapon restoranı fəaliyyətə başlayıb.

AZƏRTAC Arxinovosti saytına istinadla bildirir ki, “Koi” adlanan restoran başdan-başa ağ-qara balıq illüstrasiyaları ilə bəzədilib.

Belə ki, restoranın döşəmə və tavanı, hətta boşqablarında da balıq mövzusu əksini tapıb.

Memar və dizayneri Vinsent Koste olan iaşə müəssisəsinin ideyası yapon mafiyası “yakudza” üzvlərinin tatuirovkalarından götürülüb. Restorandakı masa və kreslolar al qırmızı rəngdə olmaqla göz oxşayır.

 





04.05.2016    çap et  çap et