525.Az

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv olundu


 

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv olundu<b style="color:red"></b> Nazirlər Kabineti  “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”də dəyişiklik edib.
 
APA-nın məlumatına görə, dəyişiklik  xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı ilə bağlıdır.
 
İndiyə qədər  xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu ixtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 

Dəyişikliyə əsasən bu prosedur ləğv edilib.
 





05.05.2016    çap et  çap et