525.Az

Gəncədə “CinemaPlus”un açılışı oldu


 

Gəncədə “CinemaPlus”un açılışı oldu<b style="color:red"></b>

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının açılışı gerçəkləşib.

“CinemaPlus” açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil edib.

Tədbirdə iştirak edənlər Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayıb və bu münasibətlə təbrik ediblər. Onlardan başqa “CinemaPlus” kinoteatrının repertuar üzrə direktoru Faik Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də öz təbriklərini çatdırıblar.

Xatirladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.

Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən, “Bakı Media Mərkəzi”nin Arzu Əliyevanın baş prodüserliyi ilə hazırladığı “Əbədi ezamiyyət” filmləri izlənilib.

Tədbirin növbəti hissəsi “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Ekipaj” və “Diverqent 3” filmlərinin nümayişi ilə davam edib.

Gəncə şəhərində “CinemaPlus” kinoteatrının inşasını “UM Group” şirkəti həyata keçirib. Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan “İntertek” şirkətidir.

Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus” kinoteatrının da dizayn işlərini həyata keçirib.

“CinemaPlus” ən yeni “Barco” nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən və 5 zaldan ibarətdir.

Bundan əlavə, “CinemaPlus” kinoteatrı Master İmage 3D texnologiyası ilə tətbiq olunur.

Kinoteatr, “Xəmsə Park” Ticarət Mərkəzi, Gəncə Bulvarın yaxınlıgındakı Nizami küçəsi 8 ünvanın 4-cü mərtəbəsində yerləşir.

 





05.05.2016    çap et  çap et