525.Az

Multikulturalizm Mərkəzi Avropa Parlamentində akkreditasiyadan keçdi


 

Multikulturalizm Mərkəzi Avropa Parlamentində akkreditasiyadan keçdi<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib.

BBMM-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Avropa Parlamentinin “Şəffaflıq qeydiyyatı”ndan keçən BBMM artıq Avropanın siyasi mərkəzi hesab olunan Avropa Parlamentində multikulturalizm, milli azlıq, miqrasiya və tolerantlıq siyasətlərinin formalaşmasında yaxından iştirak edəcək, həmçinin Avropa Parlamenti daxilində parlamentarilərdən ibarət müxtəlif interqruplarla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasətini ən ali səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Qeyd edək ki, BBMM-in 2015-2016-ci illərdə Almaniya, İtaliya, Portuqaliya, İsrail, Rusiya və Moldovada filial və nümayəndəlikləri fəaliyyətə başlayıb.

Mərkəz dünyanın 13 məşhur universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə həm xaricdə, həm də ölkə daxilində nail olub. Digər tərəfdən, Azərbaycan multikulturalizm modeli müxtəlif formatlı tədbirlərlə dünya ictimaiyyətinə təqdim edilir.

 





05.05.2016    çap et  çap et