525.Az

Bakının üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq


 

Bakının üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq<b style="color:red"></b> Bu gün Bakı şəhəri Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması və Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması eləcə də genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi  işləri ilə əlaqədar, mayın 6-da saat 09:00-dan işlər yekunlaşanadək  Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 





06.05.2016    çap et  çap et