525.Az

“Bankların müraciəti ilə bağlı müsbət qərar verilməsinə ehtiyac var”


 

“Bankların müraciəti ilə bağlı müsbət qərar verilməsinə ehtiyac var”<b style="color:red"></b>

Azərbaycan bankları gəlirlərinin bir hissəsinin vergidən azad olunub kapitallaşmaya yönəlməsi barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət ediblər.

Banklar Assosiasiyası tərəfindən edilən müraciətdə üç il müddətinə, 2016-2018-ci ilin sonunadək bu güzəştin tətbiq edilməsi istənilir. Belə bir güzəştin mümkün olub-olmadığını şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, Azərbaycanda belə bir təcrübə olub ki, əgər banklar əldə etdikləri mənfəəti öz izamlanma kapitalına yönəldirdisə, onlar vergidən azad olunurdular:
 
“Təkcə banklara yox, o cümlədən, sığorta şirkətlərinə münasibətdə də belə bir vergi güzəşti var idi. Bunu o zaman hökumət təsdiq etdi ki, 2008-ci ilin sonunda 2009-cu ildə dünyada qlobal maliyyə böhranı baş verdi və həmin dövrdə bizim banklara dəstək məqsədilə hökumət belə bir addım atdı və onlar təxminən  üç il müddətinə mənfəət vergisindən azad edildi. Yəni söhbət sırf kapitala yönəldilən vəsaitdən gedir. İndi banklar yenidən belə bir təşəbbüs irəli sürüblər, əslində problem onunla bağlıdır ki, bu gün bankların kapitalı çox böyük zərərə malikdir”.

Ekspert əlavə edib ki, Bank Standatın kapitalı nəinki azalıb, hətta mənfidir: “Yəni böyük həcmdə zərər var. Elə banklar var ki, onların kapitalı zədələnib. Kapitalın zədələnməsi ona gətirb çıxarır ki, bankların dayanıqlığı itir, eynu zamanda bu həm də Mərkəzi Bankın vaxtilə qoyduğu normativlərin əksinədir. Çünki normativə görə 50 milyon olmalıdır və üstəgəl orda kapital adekvatlığı, normaları var. Bunlar hamısı pozulmuş olur. Əgər həmin normaya riayət olunsa, bu gün Azərbaycandakı bankların əksəriyyəti bağlanmalıdır. Belə bir situasiya yaranıb. Hesab edirəm ki, bu barədə düşünmək olar, mən bu təklifi dəstəkləyirəm. Bank Standartın timsalında gördük ki, dövlət məcbur olub dəstək verdi. Çünki əhəmiyyətli bankdır. Digərləri də var ki, yaxın üç il üçün mənfəətinin kapitala yönəldilən hissəsinin verginin azad olunması məsələsinə baxmaq olar”.

S.Əliyev hökumətin bununla bağlı müsbət qərar verməsinə ehtiyacın olduğunu deyib: “Çünki bu çox vacib bir qərardır, ümid edirəm ki, hökumət təfindən vəziyyət düzgün qiymətləndiriləcək”.

PƏRVANƏ

 





09.05.2016    çap et  çap et