525.Az

“Devalvasiyalardan sonra kiçik dükan sahibləri mağazalarını bağlayıblar”


 

“Devalvasiyalardan sonra kiçik dükan sahibləri mağazalarını bağlayıblar”<b style="color:red"></b>

“Manatın devalvasiyasından sonra kiçik bizneslə məşğul olanların vəziyyəti pisləşib. Mən Nərimanov rayonundan seçilmiş bir millət vəkiili kimi deyə bilərəm ki, bu ərazidə devalvasiyalardan sonra bütün kiçik dükan sahibləri mağazalarını bağlayıblar”.
 

Bunu millət vəkili Adil Əliyev parlamentin dünən keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, ya kiçik sahibkarlara amnistiya verilsin, ya da onlar 1-2 illik vergi ödəməkdən azad edilsinlər:

“Həmin dükanların bağlanmasının nə dövlətə, nə də əhaliyə xeyri var. Çünki kiçik bizneslə məşğul olanlar dükanlarını icarəyə verir, orada işçilər çalışır və sair. Onların işsiz qalması heç bir halda yaxşı hal deyil”.

Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, millət vəkillərinin Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərini vergilər naziri Fazil Məmmədova məktubla ünvanlayıb:

“Artıq nazirin tapşırığı ilə mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılıb və məsələ üzərində iş gedir”.

Kamil HƏMZƏOĞLU

 





09.05.2016    çap et  çap et