525.Az

Cavid Qurbanov: “Bankrot ola bilərik”


 

MİLLƏT VƏKİLLƏRİ 18 FAİZLİK ƏDV-NİN ƏLEYHİNƏ ÇIXDILAR

Cavid Qurbanov: “Bankrot ola bilərik”<b style="color:red"></b>

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanov Milli Məclisin dünən keçirilən iclasında bir sıra məhsulların 18 Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını təklif edib.
 
C. Qurbanov çıxışında bildirib ki, ucdantutma hər şeyə 18 faizlik ƏDV-ni tətbiq etmək düzgün deyil:

“Düzdür, elə məhsullar var ki, 30-25 faiz də ƏDV tətbiq oluna bilər. Amma elə məhsullar var ki, bu problem yaradır. Məsələn, biz dəmir yolları üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Bu məhsullar bizdə yoxdur. Sosial məsələ baxımdan biz biletlərin qiymətini qaldırmaq istəmirik. Amma gömrük rüsumları, 18 faizlik ƏDV  dəmir yolunu bankrota gətirib çıxara bilər. Orada baza göstərilməlidir ki, lazım olanda ƏDV ləğv olunsun”.

Millət vəkili Vahid Əhmədov da çıxışında 18 faizlik ƏDV-nin əleyhinə çıxıb:

“ƏDV-nin 18 faiz olması Azərbaycan iqtisadiyyatına çox böyük ziyan vurur. Elə məhsullar ki, onlara ƏDV-nin 18 faiz  tətbiq edilməsi yüksəkdir. Azərbaycan üçün lazım olan qida və digər məsələlərdə differensiallaşdırmış ƏDV tətbiq olunmalıdır. Bu sıfır, ya da bir-iki faiz olmalıdır”.

Kamil HƏMZƏOĞLU

 





09.05.2016    çap et  çap et