525.Az

“Saf rənglər”in açılışı olacaq


 

“Saf rənglər”in açılışı olacaq<b style="color:red"></b>

Mayın 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Saf rənglər” IV Beynəlxalq Uşaq və Yeniyetmələrin Rəsm Yaradıcılığı Festivalının açılış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival ənənəvi olaraq Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində hər il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həyata keçirilir.

Festivalın baş sponsoru “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilən festivalda ölkəmizdə fəaliyyət göstərən 20-dək rəssamlıq studiyası və incəsənət məktəbi ilə yanaşı, Fransa, Kuba, Koreya, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fələstin, Hindistan, Yəmən, İran, Qətər, Meksika və digər ölkələrdən olan uşaqların (3 yaşdan 16 yaşadək) əl işləri nümayiş etdiriləcək.

 





09.05.2016    çap et  çap et