525.Az

Ukraynada "Xocalı ayı" elan edildi (Fotolar)


 

Ukraynada "Xocalı ayı" elan edildi <b style="color:red">(Fotolar)</b>

Ukrayna Azərbaycanlı  Gənclər Birliyi  Ukraynada fevral ayını Xocalı ayı elan edib.

525.az-ın məlumatına görə, birliyin bununla bağlı keçirtdiyi toplantıda Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlər plani təsdiq olunub.

Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kompaniyası çərçivəsində həyta  keçirilən tədbirlərin 21 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri  soyqrım siyasətinin  beynəlxalq ictimaiyyətə çatdırılmasında  müstəsna rol oynadığını bildirib. 

Bu  istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynada yaşayan azərbaycanlı gənclərində üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb. Ötən 3 ildə İslam  Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin  birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının  Xocalı ayı elan olunmasının tarixi əhəmiyyətindən danışan birliyin idarə heyətinin üzvlərindən Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev, Elməddin Zərbəlizadə və digər gənclər ənənəyə uyğun olaraq  bu ildə Xocalı ayı çərçivəsində Ukraynada keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər .Toplantıda  tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında xocalıya ədalət yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanması, adı çəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması , Xocalı faciəsini özündə əks etdirən  sənədli filmlərin nümayiş etdirilməsi, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının  keçirilməsi məsələləri geniş müzakirə edilərək  yekdilliklə təsdiq olunub.

Ukraynanın bir sıra vilayət və şəhərlərində keçiriləcək tədbirlərin vaxtı müəyyənləşdirilib.Toplantıda çıxış  edən Ukraynanın  müxtəlif gənclər təşkilatlarının nümayəndələridə  Xocalıya Ədalət kompaniyasına qoşulacaqlarını bəyan ediblər .

 

 





15.02.2013    çap et  çap et