525.Az

Lənkəran Teatrı paytaxtda hesabat verib


 

Lənkəran Teatrı paytaxtda hesabat verib <b style="color:red"></b>

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektiv Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas rolları Əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdullayev, Gülər Kərimova və başqaları ifa ediblər.

Qeyd edək ki, Lənkəran teatrının truppası Gənc Tamaşaçılar Teatrının səhnəsində digər bir tamaşa ilə də çıxış edəcək. Yaradıcı kollektiv İran rejissoru Xeyrullah Təğiyənipurun quruluşunda iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını təqdim edəcək.

 





09.05.2016    çap et  çap et