525.Az

Gənc ədiblər Qulu Ağsəslə görüşüblər


 

Gənc ədiblər Qulu Ağsəslə görüşüblər<b style="color:red"></b>

Mayın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə görüşü keçirilib.

Tədbiri Birliyin katibi və GƏM-in rəhbəri Rəşad Məcid açaraq qonağı gənclərə təqdim edib. R.Məcid bildirib ki, “Ulduz” jurnalı gənclərin tanıdılmasında böyük rol oynayıb və bu işi davam etdirir:

“Biz bir neçə dəfə belə bir təcrübə keçirmişik: jurnalın müəyyən sayını hazırlamağı gənclərin ixtiyarına təhvil vermişik. Ümid edirik ki, bugünkü müzakirələrimiz effektiv olacaq və yeni gənc ədiblərimiz də bu işin öhdəsindən gələcəklər”.

Qulu Ağsəs ilk öncə jurnalın yaranmasından, keçdiyi yoldan söz açıb. Redaksiyanın gənclərin üzünə açıq olduğunu, onların yazılarının çap olunmasından məmnunluqlarını vurğulayan şair həmçinin ədəbiyyat və sənətkarlıqla bağlı bilik və təcrübələrini gənc ədiblərlə bölüşüb.
 
Daha sonra şair gənclərin şeirlərini dinləyib, onların yaradıcılığı ilə tanış olub. Sonda Q. Ağsəs tədbir iştirakçılarının xahişi ilə öz şeirlərini səsləndirib.

Müşfiq ŞÜKÜRLÜ

 





09.05.2016    çap et  çap et