525.Az

Zəlimxan Yaqub “Ədəbiyyatın bir incisi”ndə anılıb


 

Zəlimxan Yaqub “Ədəbiyyatın bir incisi”ndə anılıb<b style="color:red"></b>

Mayın 5-də Abdulla Şaiqin mənzil-muzeyində Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, “Qafqaz media” İctimai Birliyinin sədri Azadə Taleh, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə və başqaları qüdrətli söz ustadının yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, Zəlimxan Yaqub xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaradıb. Xalqın ruhu, folkloru, dövlətçilik ənənəsi, Vətəni qorumaq, tarixə ehtiram, gələcəyə inam hissi şairin yaradıcılığının əsas mövzusunu təşkil edir. Onun dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub. Tədbirin keçirilməsində məqsəd Zəlimxan Yaqubun yaradıcılığını gənc nəslə çatdırmaqdır.

Tədbirdə Zəlimxan Yaqubun poeziyasından nümunələr səsləndirilib, onun həyat və yaradıcılıq yolunu əks etdirən slaydlar nümayiş etdirilib.

 





09.05.2016    çap et  çap et