525.Az

Qəbul imtahanlarının vaxtı məlum oldu


 

Qəbul imtahanlarının vaxtı məlum oldu<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, ali məktəblərə ilk qəbul imtahanı 3-cü qrup üzrə aparılacaq. “I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də , II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də , III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də , IV ixtisas qrupu üzrə iyulun 28-də qəbul imtahanı keçiriləcək. “Ola bilsin ki, müəyyən səbəblərdən qəbul imtahanlarının vaxtında dəyişiklik olsun. Ötən il də belə olmuşdu”-deyə, TQDK sədri əlavə edib.

Ərizə qəbulu isə aprelin 9-dan mayın 15-dək aparılacaq. TQDK sədri sınaq imtahanlarının vaxtını da açıqlayıb: “Sınaq imtahanları aprelin 7, 14, 21, 28-i, mayın 5, 12, 26-ı olacaq”.

“Magistraturaya qəbul imtahanının birinci mərhələsi isə martın 3- də olacaq”, - deyə. M. Abbaszadə əlavə edib.

 





15.02.2013    çap et  çap et