525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1923-сü il. Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003), Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü (1923-2003).

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

2012-ci il. Bakıda Heydər Əliyev Mərkəzi açılıb. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, administrativ ofisləri birləşdirir.

Özündə müasirliyi təcəssüm etdirən çoxfunksiyalı bina dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilib.

1914-cü il. Azərbaycanın tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar Mühəndis Əliş Ləmbəranskinin doğum günü (1914-1999).

"Bağırov körpüsü", "Dövlət sirki", "Respublika" sarayı, Qaqarin körpüsü, Bakı Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və digər sənaye və mədəniyyət ocaqları onun adı ilə baglıdır.

1879-cu il. Dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun doğum günü (1879-1943). 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub.

Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya Seyminin və Azərbaycan parlamentinin üzvü olub.

1906-cı il. Rusiyanın birinci Dövlət Dumasının ilk iclası keçirilib. 1905-ci ilin oktyabrında II Nikolayın “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi haqqında” manifestinə əsasən təsis olunub.
 
I Dövlət Dumasındakı müsəlman fraksiyasının 36 üzvündən 5-i azərbaycanlı olub. Fraksiyaya “Kaspi” qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov başçılıq edib.

1923-cü il – Zaqafqaziyada ilk Mülki Aviasiya Səhmdar Cəmiyyəti - “ZAKAVİA” yaradılıb. Onun təsisçiləri “Muğan Meliorasiya İnşaat”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft” olub.

1960-cı il – ABŞ-ın “Triton” atom qayığının 84 gün davam edən ilk sualtı dünya səyahəti başa çatıb.

 





10.05.2016    çap et  çap et